Zərdaba səfərim çərçivəsində həmkarım Jalə Əliyeva ilə rayonun Körpükənd kəndində oldum. Kəndin Vətən müharibəsi şəhidi İlkin Ağayevin atası Tehran Ağayevlə görüşdüm. Körpükəndin 9 şəhidi var. 7 şəhidimiz Birinci Qarabağ savaşında, iki övladımız isə Vətən müharibəsində canlarını torpaq bütövlüyümüz uğrunda qurban veriblər. Allah rəhmət etsin!
Körpükənd həm də mənim babamın - atamın atasının doğulub boya-başa çatdığı kənddir. Buradan fərəh hissi ilə ayrıldım, Azərbaycan uğrunda istənilən an canından keçməyə hazır olan Vətən övladlarını yetişdirən kəndin camaatı ilə qürur duyuram!
Elnur Allahverdiyev
Milli Məclisin deputatı