Elşad Həsənov Gövhər Beydullayevanı qəbul edib

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şahmat üzrə gənclər arasında dünya çempionatının qalibi Gövhər Beydullayevanı qəbul edib. SABAHİNFO.AZ xəbər verir ki, İtaliyada keçirilmiş dünya birinciliyində çempion adını qazanmış Gövhər Beydullayeva Yasamal rayonunun sakini və Yasamal şahmat məktəbinin yetirməsidir. İcra başçısı Elşad Həsənov gənc şahmatçını Azərbaycanı beynəxalq arenada yüksək səviyyədə təmsil etdiyinə görə təbrik edib və ona gələcək yarışlarda yeni nailiyyətlər arzu edib.

Öz növbəsində gənc şahmatçı Gövhər Beydullayeva son uğurunun cənab Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğısı nəticəsində mümkün olduğunu minnətdarlıq hissi ilə bildirdi.