Elxan İbrahimov səyyar qəbul keçirib

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsində səyyar qəbul keçirib.

Görüşdə Nizami, Puşkin, Sübhi Salayev, İbrahim Əbilov və Ak.M.Topçubaşov küçələrinin sakinləri iştirak edərək dam örtüyünün təmizlənməsi, girişlərin təmiri, su xəttinin yenilənməsi, həyətin asfaltlanması, parkın işıqlandırılması, məşğulluq və digər məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.

Qəbul zamanı ölkəmizdə aparılan genişmiqyaslı quruculuq və sosial rifah işləri diqqətə çatdırılıb, sakinlərin qaldırdıqları məsələlərin operativ həlli üçün aidiyyəti qurumlara tapşırıqlar verilib.