Əməkdar artist əməliyyat olundu

Əməkdar artist Vahid Əliyev əməliyyat olunub.

Sabahinfo.az xəbər verir ki, bu haqda aktyorun xanımı Tamilla Əliyeva "Elgizlə izlə"yə açıqlamasında deyib. O bildirib ki, əməliyyat uğurlu keçib:

"Reanimasiyadadır. İki gün orada qalacaq və palataya köçürəcəklər. Vəziyyəti yaxşıdır".

Qeyd edək ki, aktyora infarkt diaqnozu qoyulub və ürəyində 3 damarın da tıxandığı bildirilib.