Emin Hacıyevdən terrorla bağlı TƏLƏB

Azərbaycanın Respublikasının İranda yerləşən səfirliyinə silahlı hücumu şiddətlə qınayıram, bunun terror aktı olmasına şübhə etmədiyimi bildirirəm, cinayətkarın və bu cinayətin arxasında dayanan qüvvələrin qısa zamanda araşdırılaraq ən ağır cəzaya məhkum olunmasını İran dövlətindən tələb edirəm.

Səfirliyimizin və diplomatlarımızın həyatını xilas etmək üçün canından keçən Səfirliyimizin mühafizə xidmətinin rəisi Baş leytenant Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verirəm.

Səfirliklərin və diplomatik korpusun işini yaxından bildiyim üçün İran xüsusi xidmət orqanlarına, polisinə belə bir sual vermək istəyirəm: Səfirliyimizi mühafizə etməli olan İran polisi Səfirliyimizdən atəş səsləri gələrkən nə işlə məşğul idilər?

Bu terrordur, sifarişçilər cəzalarını almalıdır.
 

Emin Hacıyev
Milli Məclisin deputatı