“Qəzza zolağının bərpası üçün fond yaradılmalıdır”.
Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Birinci xanımı Əminə Ərdoğan noyabrın 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına ünvanladığı müraciətində deyib.
O bildirib ki, indi həmrəyliyə ehtiyac var: “Birlikdə olanda səsimiz daha güclü gəlir. Gəlin Fələstində sülhü təmin etmək üçün təşəbbüs göstərək. BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər strukturların iştirakı ilə Qəzzanın yenidən qurulması üçün fond yaratmaq lazımdır”.
Ə. Ərdoğan vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası Yaxın Şərqdəki böhranın həlli üçün təcili tədbirlər görməlidir: “İsrailə və BMT TŞ-in 5 daimi üzvünə müraciət edirəm. Bu münaqişə dayandırılmalıdır”.