Türkiyə mayın 14-ü baş tutacaq prezident və parlament seçkilərinə hazırlaşır.
Sabahinfo.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, “Optimar” araşdırma mərkəzi Türkiyədə seçkiqabağı sorğu keçirib.
Aprelin 25-dən 28-nə qədər keçirilən sorğu zamanı 3005 nəfərə “Prezident seçkiləri zamanı kimə səs verəcəksiniz?” sualı ünvanlanıb. Respondentlərin 51,4%-i ölkənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğana, 48,6%-i isə müxalifətin namizədi Kamal Kılıçdaroğluna səs verəcəklərini qeyd ediblər.
Bununla yanaşı, 4 namizəd arasında aparılan sorğuda isə respondentlərin 48,6%-i səslərini Ərdoğana, 44,1%-i Kılıçdaroğluna, 4,3%-i Muharrem İnceyə, 3%-i isə Sinan Oğana verəcəklərini bildiriblər.
Qəzet ilkin ehtimallara əsasən seçkinin ikinci turunun da olacağını istisna etmir.
Xatırladaq ki, seçki günü prezidentliyə namizədlər 50%-dən çox səs toplamasa, mayın 28-i seçkilərin ikinci turu keçiriləcək.