"Ərdoğan Putin və Zelenskini bir araya gətirmək istəyir"

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ də Ukrayna lideri Volodimir Zelenski və Rusiyanın dövlət başçısı Vladimir Putini görüşdürmək istəyir”.

Sabahinfo.az "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

Onun sözlərinə görə, bütün çətinliklərə baxmayaraq, diplomatiya qapısı daim açıq saxlanılmalıdır.