Türkiyə və Rusiya Federasiyası prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında oktyabrın 23-də Kazanda keçirilməsi planlaşdırılan danışıqların gündəmində Türkiyədə yeni atom elektrik stansiyaları və qaz qovşağının yaradılması layihələri mövzusu var.
Sabahinfo.az xəbər verir ki, bu barədə Ankaradakı diplomatik mənbə Rusiya mətbuatına açıqlayıb.
Qeyd olunub ki, ölkələrin rəhbərləri bu barədə müvafiq idarələrə konkret tapşırıqlar verəcəklər: "Tamamilə mümkündür ki, rəhbərlər bu layihələrin inkişafı üçün müvafiq idarələrə öz göstərişlərini verəcəklər".