Qarabağ işğaldan azad olunanda bəziləri ermənilərin əsassız iddialarını müdafiə edirdilər.
Sabahinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rayon rəhbərləri ilə görüşündə deyib.
O bildirib ki, həmin qüvvələr Türkiyənin Liviyaya, Afrikaya dəstəyinə də kölgə salmağa çalışırdılar.
R.T.Ərdoğan vurğulayıb ki, bu qüvvə daxildəki müxalifət və Cümhuriyyət Xalq Partiyasıdır (CHP).
Prezident qeyd edib ki, Türkiyə qardaşlarını heç vaxt tək qoymayıb: “Qarabağda, Liviyada, Suriyada qardaşlarımızı müdafiə etdik. Ölkəmizi təhdidlərə qarşı müdafiə etdik. Sülhün tərəfində olduq”.