Ərdoğan: “Qarabağdakı qələbə Türk dünyasının birliyini gücləndirdi”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda işğala son qoyulmasının bütün Türk dünyası üçün əhəmiyyətini qeyd edib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Toplantısında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə xitabən bildirib.

“Cənab Əliyev, Sizin müdrik rəhbərliyinizlə Qarabağdakı işğala 44 günlük qısa zamanda son qoyuldu. Bu, bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanın ərazi bütövlüyünün bərpası Türk dünyasının birliyini gücləndirdi. Qarabağdakı qələbə həm də bölgəmizdə arzuladığımız daimi sülhə yol açdı. Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim etdiyim üçün çox xoşbəxtəm”, - deyə Ərdoğan vurğulayıb.