Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan AKP-nin “Gənclik Kolları – 6” Konqresində Azərbaycana qardaş ölkənin dəstəyini xatırladıb.
Bu barədə “Haber Global” məlumat yayır.
“Kiprdən İraqa, Suriyaya, Qarabağdan Liviyaya qədər qardaşlarımızın imdadına yetişdik”, - deyə Türkiyə lideri bildirib.
Ərdoğan gənclərə xitabən deyib ki, siz pozuculuq siyasəti yürüdənlərə qarşı qardaşlığımızın və birliyimizin təminatçısısınız.