Ərdoğandan Gabar mesajı: “Vaxtilə terrorçuların gəzdikləri dağlardan artıq müjdəli xəbərlər alırıq” - FOTO

Türkiyənin Şırnak vilayətində Cudi və Gabar dağında neft tapılıb. Bununla bağlı ölkə başçısı Rəcəb Tayyib Ərdoğan sosial media hesabında paylaşım edib.

“Dünən Cudi və Gabarda tariximizin ən böyük neft ehtiyatını kəşf etmə sevincini millətimizlə paylaşdıq. Vaxtilə terrorçuların gəzdikləri dağlarımızdan artıq ürəyimizi dağlayan deyil, müjdəli xəbərlər alırıq”, - deyə prezident bildirib.

O, kimlərinsə niyə heç bir səbəb olmadan terrorla mübarizədə hökumətin ən əhəmiyyətli gücü - PUA və SİHA-ları (silahlı PUA), həmçinin onları istehsal edən şirkətləri hədəfə aldığını artıq daha yaxşı başa düşdüklərini bildirib.

“Bütün bunlar Türkiyəni enerji yarışından kənarda saxlamağı hədəfləyənlərin hiyləsidir. Biz fəaliyyətimizlə onların bu çirkin oyununu pozuruq”, - deyə Ərdoğan gənclərə müraciətində vurğulayıb.