Ərini öldürməkdə təqsirləndirilən qadına hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş ərini öldürməkdə təqsirləndirilən 1985-ci il təvəllüdlü Səbinə İmanovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

Sabahinfo.az milli.az-a istinadən bildirir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.İmanova 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən il Nəsimi rayonunda baş verib. S.İmanova keçmiş ərini bıçaqla qətlə yetirib. Polis əməkdaşları tərəfindən saxlanılan S.İmanova hadisəni sərxoş vəziyyətdə törətdiyini bildirib.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur. Xatırladaq ki, S.İmanova bundan qabaq narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhbusluq həyatı yaşayıb.