Erməni barbarlığı iflasa uğrayır

Post-müharibə dövrü qarşımıza bir sıra vəzifələr qoyub. Bu vəzilərin ən başlıcası işğaldan azad olunmuş torpaqlara Böyük Qayıdış və erməni vandalizmi barəsində geniş ictimayyəti məlumatlandırmaqdır. Ötən günlərdə Bakıda keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda bu yöndə həyata keçirilən siyasətin tərkib hissəsidir. Konfransda cıxış edən dövlət başçısı İlham Əliyev tədbir iştirakçılarına geniş və əhatəli şəkildə regionda baş verən hadisələr barəsində məlumat verdi. Eyni zamanda gələcək perspektiv üçün vacib olan məsələləri diqqətə çatdırdı.
İşğaldan azad olunan ərazilərdə Böyük Qayıdışla bağlı qarşıya qoyulan məqsəd və vəzifələrə toxunan dövlət başçısı vətəndaşlarımızın həmin ərazilərdə rahat və firavan yaşaması üçün bütün lazimi addımların atıldığını dilə gətirdi. Bəli. Aradan keçən müddət ərzində 30 ildən artıq düşmən işğalı altında olan, erməni barbarları tərəfindən dağıdılan infrastrukturlar yenidən və müasir üslubda qurulur. Planlı həyata keçirilən işlərdə məqsəd uzun illər öz doğma yurd-yuvalarından qaçqın və didərgin düşmüş vətəndaşlarımızın öz doğma obalarında rahat yaşayışını təmin etmək, onların sosial-iqtisadi problemlərini həll etməkdir. Böyük Qayıdış prosesinə yaxın zamanda start veriləcək. Bununla bağlı məsələ “Azərbaycan 2030 İnkişaf Konsepsiyasında” da öz əksini tapıb. Daxili imkanlar hesabına həyata keçirilən bu işlər təbii ki, erməniləri qıcıqlandırır. Onlar müharibə dövründə götürdüyü öhdəliklərə əməl etmirlər. Yenə də təxribatlara əl atırlar. Ancaq bütün bunlar bizi ruhdan salmır. Əksinə erməni vandallarının belə hərəkətləri düşmənə qarşı daha da diqqətli olmağa, onların törədə biləcəyi təxribatlara qarşı adekvat addım atmağa hazır olmamız üçün ciddi zəmin yaradır. Dəmir Yumuruğun təsirini yaxşıca dərk edən ermənilər Azərbaycanın irəli sürdüyü 5 prinsip ilə razılaşıb sülh müqaviləsinə imza atmasalar yaxın zamanda xəritədən silinmək təhlükəsi ilə qarşı-qarşıya qaldırlarını anlayırlar. Artıq regionda söz sahibi Azərbaycandır. Regionun taleyi ilə bağlı qəbul olunan qərarlarda Azərbaycan önəmli yer tutur. Bu gün Azərbaycanın həyata keçirdiyi siyasət təkcə ölkəmizin firavanlığı üçün deyil, ümumilikdə region ölkələri üçün ən optimal siyasətdir.
Artıq beynəlxalq təşkilatlar da erməni barbarlığı barəsində kifayət qədər məlumatlıdırlar. 90-cı illərdə dünyanın gözünə kül üfürməklə özünü dünyaya fərqli təqdim edən Ermənistan Cənab Prezident tərəfindən həyata keçrilən siyasət nəticəsində beynəlxalq yardımlardan da demək olar ki, məhrum olur. Statistik araşdırmalar da onu deməyə əsas verir ki, istər ABŞ istərsə də digər beynəlxalq qurumların hər il Ermənistana ayırdığı yardımların miqdarı azalır. Bu isə onunla əlaqədardır ki, onların barbar siyasəti iflas olur. Onlar tökdüyü hər bir vətəndaşımızın qanına görə cəbhədə cavab verdiyi kimi beynəlxalq müstəvidə də cavab verəcək. Bütün bu sadaladığımız məsələlər isə Dövlət başçısı İlham Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində bərqərar olur. Ata vəsiətini yerinə yetirən Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan daim ilklərə imza atıb. Ölkəmiz uğurlu inkişaf yolu keçib və bu inkişaf bizi tərəqqiyə aparır. Bu tərəqqi yolunda isə daim dövlət başçımızın yanındayıq!

Mətanət Səfərli
YAP Nəsimi rayon təşkilatının əməkdaşı