"Papa Franisin "erməni soyqırımı”na münasibəti dini xarakterə malikdir”.
 Erməni mətbuatına açıqlamasında Ermənistan "Qafqaz” İnstitutunun 
direktoru Aleksandr İskəndəryan Roma papası Fransisin qondarma "erməni 
soyqırımı” ilə bağlı açıqlamasına münasibətində belə deyib. 
A.İskəndəryan Roma papasının məsələyə Xristian dini mövqeyindən 
yanaşdığını və buna görə, erməniləri dəstəklədiyini bildirib. "Papa 
çıxışında ermənilərin dini mənsubiyyətinin, həmçinin mədəni tərəfinin 
xristian dünyasının müəyyən hissəsi olduğunu dedi. Bu nöqteyi-nəzərdən 
məsələyə öz münasibətini bildirdi” – deyə politoloq qeyd edib.