Erməni vandalizminin ifşa olunmasında prinsipiallıq

Astanada erməni vandalizminin ifşası istiqamətində Prezident İlham Əliyevin qaldırdığı məsələlər təqdirəlayiqdir

Qarabağ münaqişəsi XX yüzilliyin ən faciəli münaqişələrdən biri kimi tarixə düşüb. Bu münaqişə milyonlarla insanın taleyində ağır iz buraxıb. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 min nəfərdən artıq vətəndaşımız həlak olub. Xalıqımıza qarşı XX əsrin ən faciəli hadisələrindən biri olan və heç zaman unudulmayacaq Xocalı soyqırımı törədilib. Həmçinin 4000-dən artıq azərbaycanlı hərbiçi və mülki vətəndaş itkin düşüb, 200 minə yaxın insan yaralanıb və müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. Ermənilər işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsinə də sanki soyqırımı ediblər. Belə ki, Azərbaycanın mədəniyyət obyektlərini, tarixi-mədəni abidələrini, məscidlərini xüsusi qəddarlıqla məhv ediblər. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan əhalisinə vurulmuş mənəvi – psixoloji zərbə ilə bərabər, iqtisadiyyatımıza da hesaba gəlməyəcək dərəcədə ziyan vurulub. Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Zəfərdən sonra ermənilərin bu baxımdan əməlləri bir daha ifşa olundu. Azərbaycan, eləcədə də dünya ermənilər tərəfindən inanılmaz şəkildə işğaldakı ərazilərdə edilən qeyri-insani əməllərin şahdi oldu. 
Ermənistanın bu təcavüzü hələ Vətən müharibəsindən əvvəl Prezident İlham Əliyev səviyyəsində mötəbər beynəlxalq təşkilatların keçirdiyi tədbirlərdə gündəmə gətirilirdi. Cənab Prezident, eyni zamanda, beynəlxalq dairələri Ermənistanı bu təcavüzkar siyasətindən əl çəkmyə məcbur etməsi üçün çağırış edirdi. Vətən müharibəsidən sonra isə dövlətimizin başçısı bu istiqamətə daha qətiyyətli siyasət yürüdərək Ermənistanın vadalizm əmələrini ifşa edir. Belə ki, Prezident İlham Əliyev oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışında bir daha Vətən müharibəsində qazanılmış Qələbə və Ermənistanın təcavüzkarlıq siyasətinə toxunub. Dövlətimizin başçısı bildirib ki, İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi: “30 il davam edən Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycan xalqı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi. Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib”. 
Birinci Qarabağ müharibəsi zamanı əsir və itikin düşən, girov götürülən azərbaycanlıların taleyi haqqında hələ də məlumat yoxdur. Şübhəsiz ki, erməni caniləri onların əksəriyyətini qətlə yetirərək kütləvi məzarlıqlarda başdırıblar. Vətən müharibəsindən sonra Xocavənd rayonunun Edilli və Kəlbəcər rayonunun Başlıbel kəndlərində aşkarlanan kütləvi məzarlıqlar erməni vəhşiliyini bir daha tədiqləyir. Bu məzarlıqlardakı soydaşlarımızı ermənilər müxtəlif işgəcələrlə şəhid ediblər. Hansı ki, Cenevrə və Haaqa Konvensiyalarına görə əsir və girovların öldürlıməsi yolverilməzdir. Ermənilər isə heç bir beynəlxlaq hüquq və və normlara sığamayan şəkildə azərbaycanlı əsir və girovlarla rəftar ediblər. Cənab Prezident Astanadakı toplantıda çıxışında bu məsələyə də toxunub: “Biz işğaldan azad edilmiş iki kənddə bu il kütləvi məzarlıqlar aşkar etdik. Ermənistan Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməlidir. Biz iki ilə yaxındır ki, bu məlumatı tələb edirik, ancaq Ermənistan hökuməti bunu Azərbaycanla bölüşməkdən imtina edir və bununla da özünü Ermənistanın əvvəlki rejimlərinin cinayətkar liderləri ilə assosiasiya edir”.
Bizim məqsədimiz Azərbaycan həqitələrinin təbliği işinə yeni nəslin cəlb edilməsidir. Artıq son illərdə erməni saxtakarlığının dünyada ifşa olunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin fəaliyyəti daha da güclənib. Bu da ermənilərə qarşı ideoloji əks-hücum effektiv yaradıb. Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət ölkə başçısı tərəfindən nümunəvi addım olaraq prinsipiallıqla davam etdirilir. Bu baxımdan Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında Prezident İlham Əliyevin qaldırdığı məsələlər təqdirəlayiqdir. Məqsəd Ermənistanın Azərbaycana vurduğu ziyan və törətdiyi vandalizmi dünya səviyyəsində tanıtmaqdır. Qarşımızda duran əsas vəzifələr xalqımıza qarşı həyata keçirilən soyqırımıları haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdır. 

 

Paşazadə  Kamal Çingiz oğlu 
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi