Ermənilər bu səfirliyimizə hücuma hazırlaşır - XƏBƏRDARLIQ

Erməni radikalları Azərbaycanın Brüsseldəki səfirliyinə hücuma hazırlaşır.

Sabahinfo.az bildirir ki, bu barədə Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov "Twitter" hesabında yazıb.

Onun sözlərinə görə, hücum Avropa Parlamentinin binası qarşısındakı mitinqdən sonraya planlaşdırılır.

Səfir həmçinin diplomatik nümayəndəlikləri belə hücumlardan qorumağa çağırıb.