Ermənilər Şuşaya həsr etdikləri mahnını bizdən oğurladı

Tanınmış erməni müğənni Şuşan Petrosyan Azərbaycanın işğaldan azad edilmiş qədim şəhəri Şuşaya mahnı həsr edib.

Sabahinfo.az olay-a istinadən xəbər verir ki, o, ifasını 30 illik işğal müddətində Şuşaya qoyduqları qondarma ad olan "Şuşi" adlandırıb.

Lakin əsas məsələ budur ki, onlar sözügedən mahnını da Azərbaycandan oğurlayıblar. Belə ki, ifanın musiqisi Abbas Əhmədin illər öncə bəstələyib səsləndirdiyi "Ürəyim yanar" mahnısının plagiatıdır.

Şuşanın işğalda olduğu vaxtlardan qalan görüntülər əsasında hazırlanan klip yutub platformasına yerləşdirilib. Söz və musiqisinin isə Anna Bousa məxsus olduğunu yazıblar.