Ermənilərin daha bir kvadrokopteri ƏLƏ KEÇİRİLDİ

Avqustun 7-si saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus "DJI Mavic 3" kvadrokopteri Azərbaycan Ordusunun Basarkeçər rayonunun Zod istiqaməti ilə üzbəüz istiqamətdə yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Sabahinfo.az xəbər verir ki, bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib.