"Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır".
Sabahinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
O, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasına toxunub: "Mən indi bir daha təsdiq etmək istəyirəm ki, Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır və biz gözləyirik ki, Azərbaycan da Ermənistan SSR-in bütün ərazisini Ermənistan Respublikası kimi tanıyacaq".