Ermənistan regionda sabitliyin, sülhün bərqərarı və çökmüş iqtisadiyyatının inkişafı üçün Azərbaycanla münasibətlərini bərpa etməlidir. Bu münasibətlər isə Qarabağın və Zəngəzurun həllindən keçir. Regionda iqtisadiyyatı İranın və Rusiyanın ümüdünə qalan Ermənistan işğalçı siyasətindən geri çəkilməlidir.
Bu gün Ermənistanın Azərbaycan və Türkiyə ilə diplomatik münasibətlərinin olmaması, bütün qlobal enerji və nəqliyyat layihələrindən kənarda qalması onun iqtisadi inkişafını getdikcə pis vəziyyətə salır. Ermənistan xalqı bilməlidir ki, Paşinyan hakimiyyəti xalqın gələcəyini düşünmür və bu siyasət ölkəni məhvə doğru aparır. Havadarlarına sığınmaqla regionda heç bir inkişafa nail ola bilməyən Ermənistan son 30 ildə regionda yeritdiyi siyasətin nə qədər effektsiz və perspektivsiz olduğunu bilməlidir.
Eyni zamanda bu münasibətlər zamanında gərginləşməsəydi nəqliyyat layihələrinin əksəriyyəti Gürcüstandan deyil, bir başa Ermənistan ərazisindən keçərdi. Lakin özünün işğalçı siyasəti bugün Ermənistanı bütün beynəlxalq və regional layihələrdən kənarda saxlayıb. Qərbdən Türkiyə ilə, şərqdən Azərbaycanla qapıları bağlı olan, şimaldan Gürcüstanla münasibətləri soyuq olan Ermənistan getdikcə bölgənin ən zəif dövlətinə çevrilib.
Bu gün Azərbaycan və Türkiyənin tətbiq etdiyi blokada şəraiti olmasaydı Ermənistan iqtisadiyyatı Gürcüstan kimi inkişaf etmişdir. Fəqət ermənilərin işğalçı siyasətdən geri çəkilib, dəyişən dünyanın şərtlərinə uyğunlaşa biləcəkləri şübhə doğurur.
Nə qədər ki, Ermənistanın işğalçı mövqeyi aradan qalxmayıb, bu münasibətlər düzəlməyəcək. Azərbaycan öz tarixi torpaqlarına qarış-qarış sahib çıxacaqdır.
Milli Cəbhə Partiyası -nın sədr müavini Ehtiram Mehtiyev