Ermənistanda orta məktəb şagirdləri fakültətiv fənn olaraq Azərbaycan və türk dillərini seçirlər.
Sabahinfo.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vaqram Dumanyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, nazirlik yuxarı siniflərdə Azərbaycan və türk dillərinin öyrənilməsini istək əsasında, gürcü və fars dillərinin öyrənilməsini isə əsas dil olaraq tədris edilməsini təklif edib.