"Azərbaycanla Ermənistan arasında danışıqlarda müəyyən irəliləyiş olduqdan sonra Ermənsitan tərəfi cəbhədə vəziyyəti gərginləşdirir".
Bunu "Unikal"a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, son günlər atəşkəsin yenidən pozulması Ermənistanın Baş naziri Nikol Paşinyanın İrana səfəri və bu səfərdən aldığı siyasi dəstəklə bağlıdır:
"Ermənistan tərəfi unutmamalıdır ki, hazırda Azərbaycan Ordusunun rəhbər heyəti, bir neçə qoşun komandanı Xüsusi Təyinatlı Qüvvələrin hissə və bölmələri ilə Azərbaycanın Cənub rayonlarında döyüş atışlı təlimlərdə iştirak edirlər. Hesab edirəm ki, atəşkəsi pozan revanşist qüvvələr bu faktı və atəşkəş pozulmasının Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Qələbə günü ərəfəsində onlar üçün nə qədər ağrılı nəticələrə gətirib çıxara biləcəyini unutmasınlar. Hər halda Xüsusi Təyinatlı Qüvvələr Azərbaycan xalqına Zəfər günü hədiyyəsi etmək üçün daim hazır vəziyyətdədir".
Qeyd edək ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri Kəlbəcər istiqamətindəki mövqelərimizi atəşə tutur.