“Görüşümüz zamanı Ermənistanla sülh müqaviləsinə dair danışıqların aparılmasına diqqət yetirdik”.
Sabahinfo.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov aprelin 12-də Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ötən ilin dekabr ayından etibarən Ermənistanın destruktiv mövqeyi nəticəsində birbaşa təmaslar dayandırılıb: “Beynəlxalq vasitəçilər Ermənistanı danışıqlar masasına qaytarmağa çalışır. Bu istiqamətdə ardıcıl addımlar atılır. Biz Ermənistanı tərəfinə danışıqlar masasına qayıtmaq üçün çağırış etmişik”.