Ermənistana köçmək istəyən vətəndaşlar pulsuz yanacaqla təmin olunur.
Sabahinfo.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Qeyd olunub ki, pulsuz yanacaqlar bu gün saat 14:00-da Xankəndi şəhərindəki 5 yanacaqdoldurma məntəqəsində veriləcək.
Rusiya sülhməramlıları şəxsi avtomobili olmayan erməniləri Ağdərə, Xocalı və Xocavənd rayonlarından Xankəndiyə, oradan da Ermənistana təxliyəsini həyata keçirir.