Ermənistanda mitinq başladı – VİDEO

İrəvanın mərkəzindəki Azadlıq Meydanında konstitusiya islahatlarına etiraz edən müxalifətin mitinqi başlayıb.
 
Sabahinfo.az xəbər verir ki, mitinq iştirakçıları Ermənistan hökumətinin istefasını və növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini tələb edirlər.
 
Mitinq iştirakçılarının sayının 200-ə yaxın olduğu bildirilir. Aksiyaların baş verdiyi əraziyə polis qüvvələri yeridilib.
 
Qeyd edək ki, bu gün Ermənistanda parlament idarəçiliyinə keçidi nəzərdə tutan konstitusiya islahatları ilə bağlı referendum keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyası referendumu baş tutmuş hesab edib.