Azərbaycanla Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb.
Məlumata görə, hər iki dövlətin ekspert qruplarının işi davam edir.