Fatimə Mövlamlı və Nicat Ismayıl SAXLANILDI

Bloger Fatima Mövlamlı və ictimai fəal Nicat Ismayıl Qəbələdə polis tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Sabahinfo.az-a bildirilib ki, ictimai yerdə nalayiq hərəkətlərə görə onlar polis şöbəsinə dəvət olunublar.

“İctimai qayda pozuntusuna yol verən həmin şəxslər barəsində qanunamüvafiq tədbir görüləcək”, - məlumatda deyilir.