FHN generalı infarkt keçirdi

Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə xəstəxanaya yerləşdirilib. 

Sabahinfo.az  Qaynarinfo-ya istinadən xəbər verir ki, general bir neçə gün əvvəl infarkt keçirib və xəstəxanaların birinə yerləşdirilib. 

Həkimlər Faiq Tağızadənin ürəyinə stent qoyublar. 

Hazırda general ambulator şəraitdə müalicəsini davam etdirir.