FHN kollektivi “Ana harayı”nı ziyarət etdi

Fevralın 26-da Fövqəladə Hallar Nazirliyinin kollektivi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Bakıda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, abidənin önünə gül dəstələri düzülüb, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.