“GÜLSAM”ƏRİB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Fiziki məhdudiyyətli şəxslərin asudə vaxtlarının səmərəli təşkili” adlı layihənin üçüncü tədbiri baş tutmuşdur.
“GÜLSAM” ƏRİB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Fiziki məhdudiyyətli şəxslərin asudə vaxtlarının səmərəli təşkili” adlı layihəni həyata keçirir.Artıq layihənin üçüncü tədbiri həyata keçirilib.Tədbir Bakı şəhərinin gözəl açıq hava məkanlarının birində, 03.08.2024-cü il tarixində baş tutmuşdur. Layihənin məqsədi əlilliyi olan və yaş məhdudiyyəti olmayan sağlamlığı məhdud şəxlərin bir günlük də olsa vaxtlarının səmərəli və əyləncəli keçirmələrinə imkan yaratmaqdır.İştirakçılar açıq havada film izləyib,musiqi dinləyib,rəqs edirlər. “GÜLSAM” ƏRİB olaraq bu layihə üçün ən böyük uğurumuz tədbirlərdə iştirak edən iştirakçıların sevincləri və gülüşləridi.