“Xural” TV- nin rəhbəri Əvəz Zeynallı və “Reaksiya” TV- nin rəhbəri Zaur Qəriboğlu, Hakim İlkin Əliyevin sədirliyi ilə keçirilən məhkəmə baxışında, tanınmış iş adamı və xeyriyyəçi, “İnter Sever” şirkətlər qrupunun və “Rusiya Azərbaycanlıları İttifaqının” prezidenti Fizuli Məmmədovun ünvanına təhqir, şantaj, yalan və böhtan atdıqları ekspert və məhkəmə baxışı zamanı təsdiq olunduğu üçün məhkəmə Fizuli Məmmədovun xeyirinə qətnamə qəbul etmişdir.
Əvəz Zeynallı və Zaur Qəriboğlu.
1.Üzür istəyəcəklər.
2.Materialları səhifədən siləcəklər.
3.Dəymiş ziyanı ödəyəcəklər.
Xatırladaq ki, Əvəz Zeynallı və Zaur Qəriboğlu “Xural” TV və “Reaksiya” TV vasitəsilə çıxışlarında Fizuli Məmmədovun ünvanına təhqiramiz ifadələr söyləmiş, böhtanlar atmış və onun ünvanına yalan ifadələr işlətmişdirlər.
Fizuli  Məmmədovun   şəxsi  təşəbbüsü   İlə 2020-ci ildə Covid-19 pandemiyası ilə əlaqədar Rusiyada   və   Azərbaycanda sosial problemlərdən əziyyət   çəkən   vətəndaşlarımıza “Rusiya Azərbaycanlıları İttifaqı” adından sosial yardım və maddi dəstək edilmişdir.
F.Məmmədovun başlatdığı yardım kampaniyasının kiçik bir hissəsində Zaur Qəriboğlu və Əvəz Zeynallı da iştirak etmişdirlər. Zaur Qəriboğlu könüllü yardım kampaniyasına qatılaraq sosial problemləri olan vətəndaşlarımıza yardımların çatdırılmasında fəal iştirak etmiş, daha sonra Əvəz Zeynallını kampaniyaya qoşulmağa dəvət etmişdir.
Onlar hər ikisi F.Məmmədovun ünvanına öz televizyalar vasitəsilə dəfələrlə xoş sözlər söyləmişdirlər.
Bir müddətdən sonra “Xural”   TV-nin   baş  redaktoru   Əvəz Zeynallı   və   “Reaksiya”   TV-nin   baş   redaktoru   Zaur   Qəriboğlu ,   “İnter Sever” şirkətlər qrupunun və ”Rusiya Azərbaycanlıları   İttifaqı”nın   prezidenti, tanınmış iş   adamı, xeyriyyəçi Fizuli Məmmədovun   şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirən, qeyri-etik   ifadələr   işlədərək   cəmiyyətdə   onu   gözdən   salmaq  məqsədilə çıxışlar etmişdirlər. Beləliklə həm “Xural” tv, həmdə “Reaksiya” tv vasitəsilə Fizuli Məmmədovün ünvanına dəfələrlə təhqir, böhtan və yalanlar söyləməyə başlamışdırlar. Bununla   əlaqədar   onlardan   bir neçə dəfə belə   çirkin  işlərindən   əl   çəkməyi, ifadələrini təkzib edərək, fikirlərini geri götürmələri xahiş və tələb olunsada, onlar hər ikisi bu işdən boyun qaçırmışdırlar.
Fizuli Məmmədov   son   çıxış   yolu   kimi   ədalət məhkəməsini   seçərək, yuxarıda   adları   qeyd   olunan   şəxsləri   “şərəf   və   ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbi ilə   ədalət   məhkəməsinə   müraciət etmiş,   hüquqlarının   məhkəmə   yolu   ilə   təmin olunmasını xahiş etmişdir.
Binəqədi rayon Məhkəməsi İlkin Əliyevin sədirliyi ilə 9 avqust 2021-ci ildə keçirilmiş son iclasında Fizuli   Məmmədovun   “şərəf   və  ləyaqətin,   işgüzar   nüfuzun müdafiəsi və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbi faktlar, əsaslar və sübutlarla təsdiq edildiyi üçün, məhkəmə qətnaməsi Fizuli Məmmədovun xeyirinə qəbul edilmişdir.
Fizuli Məmmədov məhkəmənin qərarını müsbət qiymətləndirmişdir. Azərbaycanda bu şəxslərin timsalında jurnalist adından sui-istifadə edənlərin olduğunu, bu ad altında gizlənərək insanlara qarşı təhtid metodundan hələdə istifadə edildiyi üçün təəssüfləndiyini bildirmişdir. Azərbaycan jurnalistikanın inkişafını yalnız sağlam rəqabətə dayanaraq, jurnalist şərəfini daim qoruyan, milli-vətənpərvər insanların peşəsinə hörmət edərək onu inkişaf etdirməsində gördüyünü və daima Azərbaycanın qiymətli qələm sahiblərinin yanında olduğunu vurğulamışdır.
“Rusiya Azərbaycanlıları İttifaqı” nın
mətbuat xidməti