Azər Badamov görüşlərini davam etdirir

51 saylı Qusar Seçki Dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Azər Badamov təbliğat-təşviqat kampaniyası çərçivəsində Növbəti görüşlərini keçirib. 

Xurel kəndinin seçiciləri ilə görüşən deputatlığa namizəd qeyd edib ki, Xürəl seçiciləri onun fəaliyyətinə müsbət dəyər verdiklərini ifadə ediblər. "Seçicilər həlli gözlənilən bir neçə məsələni səsləndirdilər. Tərəfimizdən qeydlər götürüldü və seçkidə yenidən seçiləcəyim təqdirdə əlaqədar təşkilatlarla müzakirə edərək səlahiyyət çərçivəsində kömək göstərəcəyimi bildirdim. Xürəlliıər sonda 9 fevralda hamılıqla YAP namizədini dəstəkləyəcəklərini bildirdilər”.