Azər Kərimli daha 10 kənddə seçiciləri ilə görüşüb - FOTOLAR

Azərbaycan Milli Məclisinə bu il fevralın 9-a təyin olunan növbədənkənar parlament seçkilərində 112 saylı Qax Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış, bundan əvvəlki çağırışda dairənin deputatı olmuş Azər Kərimli rayonda seçiciləri ilə görüşlərini davam etdirir.

Sabahinfo.az xəbər verir ki, növbəti görüşlər rayonun Qorağan, Şotavar, Qarabaldır, Almalı, Dəymədağlı, Şıxlar, Calayer, Qıpçaq, Baydarlı və Tanqıt kəndlərində olub.



Sakinlərin hərarətlə qarşıladığı Azər Kərimli seçicilərin istəklərini növbəti dəfə dinləyib, onların problemləri ilə maraqlanıb. Azər Kərimli seçicilərinin geniş platforması ilə də tanış edib.

Seçiciləri qarşısında ötən çağırışlardakı fəaliyyəti ilə bağlı hesabat verən Azər Kərimlinin görüşləri davam edir.