Azər Kərimli Qaxın mədəniyyət və təhsil nümayəndələri ilə görüşdü - FOTOLAR

Azərbaycan Milli Məclisinə bu il fevralın 9-a təyin olunan növbədənkənar parlament seçkilərində 112 saylı Qax Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış, bundan əvvəlki çağırışda dairənin deputatı olmuş Azər Kərimli rayonda seçiciləri ilə görüşlərini davam etdirir. 

Sabahinfo.az xəbər verir ki, Azər Kərimli bu dəfə rayonun mədəniyyət işçiləri, o cümlədən 1 saylı orta məktəbin kollektivi ilə görüşüb. Görüş zamanı A. Kərimli deputatlıq fəaliyyəti dövrü ilə bağlı bir daha hesabat verib. O eyni zamanda növbəti çağırış üçün platformasını da açıqlayıb. Seçicilər Azər Kərimliyə fevralın 9-da keçiriləcək seçkilərdə tam dəstəklərini ifadə ediblər.