Azər Kərimli seçiciləri ilə bir arada - Fotolar

112 saylı Qax Seçki Dairəsindən deputatlığa namizəd Azər Kərimli seçicilərlə görüşlərini davam etdirir.

Sabahinfo.az xəbər verir ki, deputatlığa namizəd Qax rayonun Zərnə kəndində seçiciləri ilə görüşüb.

Görüş zamanı Azər Kərimli ölkə başçısının həyata keçirtdiyi işlərdən, aparılan uğurlu islahatlardan danışıb. Bildirib ki, cənab prezidentin uğurlu kadr islahatları insanların daha yaxşı yaşamasına hesablanıb.

Kənd insanları Azər Kərimli ilə görüş zamanı bəzi məsələləri onun diqqətinə çatdırıblar.

Sonda hər bir kəndin seçicisi fevralın 9-da Azər Kərimliyə səs verəcəklərini xüsusi qeyd edibər.