Azərbaycan və İsrail arasında Birgə Komissiyanın həmsədri təyin edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 2999 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri dəyişib.

Dəyişikliyə əsasən, İqtisadiyyat naziri komissiyanın həmsədri təyin edilib.

Komissiyanın üzvləri isə aşağıdakı tərkibdə təsdiq edilib:

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin müavini

Azərbaycan Respublikası Energetika nazirinin müavini

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Təhsil nazirinin müavini

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti