Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verdi

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib.

Sabahinfo.az-ın məlumatına görə, BŞİH-nin cavab məktubu təşkilatçılara təqdim edilib.

Məktubda noyabrın 2-də Lökbatan qəsəbəsi, 28 May küçəsi, Neftçi İdman Klubunun Qaradağ təlim-idman bazasında Milli Şuranın mitinq keçirməsinə razılıq verilməsi qeyd edilib.

Bununla bağlı təşkilatçılar məlumatlandırılıb.