“Biz onlara ümid bəxş edirik” - Razi Nurullayev İmişli kəndlərində seçicilərlə görüşdü - FOTOLAR

79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd Razi Nurullayevin seçkiqabağı təşviqat kampaniyası davam edir.

Sabahinfo.az xəbər verir ki, R.Nurullayev bu gün İmişlinin 3 kəndində seçicilərlə görüşüb. Bu barədə Razi Nurullayev özünün "Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, insanlar onunla görüşlərdən ruh yüksəkliyi ilə ayrılırlar:


"Bu gün İmişlinin Çaxırlı, Xubyarlı və Məzrəli kəndlərinin sakinləri ilə görüş keçirdim. Böyük coşqu və sevgi ilə qarşılandım. İnsanlar görüşə soyuq qatılır, amma ruh yüksəkliyi ilə gedirlər. Çünki, biz onlara səmimiyyət, sədaqət, düzlük və ümid bəxş edirik. İnsanlar mənə "cənab deputat" deyə müraciət edirlər. Deyirəm ki, cənab-zad deyiləm, sadəcə sizin deputatınız, eşidilməyən səsinizəm. Yaşasın sədaqətli, əzmkar və gözəl millətim!”