Cavanşir Paşazadə fərdi görüşlərini hələ də davam etdirir - Fotolar

75 saylı Lənkəran-Masallı seçki dairəsindən deputatlığa namizəd Cavanşir Paşazadənin seçicilərlə fərdi qaydada ayrı-ayrı yerlərdə görüşləri davam edir.

Sabahinfo.az xəbər verir ki, keçirilən görüşlərdə seçicilər millət vəkili olan dövrdə qaldırılan problemlərin həllinə görə deputatlığa namizədə təşəkkürlərini bildirmişlər


Görüşlər zamanı seçici və kənd sakinləri tərəfindən sosial iqtisadi sahədə mövcud problemlərin həllinə bundan sonra da fəallıqla yanaşacağını bildirmişlər. Deputatlığa namizəd C. Paşazadə onlara səmimi təşəkkürünü bildirmiş millət vəkili seçildiyi halda qaldırılan problemlərin həllinə tələblər səviyyəsində baxılmasını qeyd edib.


Görüşlərdə seçicilər yetkinliklə fevralın 9da ona səs verəcəklərini bildiriblər.