Deputatlığa namizəd Nəsib Məhəməliyev Balakən rayonun Meşəşambul kənd tam orta məktəbi ilə tanış oldu

109 saylı Balakən seçki dairəsindən deputatlığa namizəd Nəsib Məhəməliyev Balakən rayonun Meşəşambul kənd tam orta məktəbi ilə tanış oldu.

Məktəb barədə deputatlığa namizədə məlumat verən məktəbin direktoru Sabir Qazaxov məktəbin 1965-ci ildə tikildiyini, bir neçə dəfə təmir olunduğunu, ancaq kollektvin artıq yeni məktəb binasına ehtiyyacı olduğunu bildirdi.



Son dövrlər respublikanın müxtəlif bölgələrində, eləcədə Balakən rayonunda yeni məktəb binalarının tikildiyini xatırladan Nəsib Məhəməliyev bu kənd üçün yeni məktəb binasınında növbəti dövlət proqramının icrası zamanı tikiləcəyini bildirdi.



Məktəbin dərs keyfiyyəti, şagirdlərin dərsə hazırlığı və qəbul nəticələri ilə maraqlanan deputatlığa namizəd daha sonra məktəb kollektivinin təklif və xaişlərini dinlədi, onları maraqlandıran suallara cavab verdi.Zeynal Amraliyev