Könül Nurullayevadan iztihamlı görüş - FOTO

 "Seçki qərargahımda Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin, eləcə də Azərbaycan Respublikası "Çernobıl Əlilləri" ittifaqı ictimai birliyinin Nizami rayon şöbəsinin üzvləri ilə görüşdüm. Qarabağ ölkəmizin ayrılmaz hissəsidir!". 

Bunu 24 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizəd Könül Nurullayeva deyib. Onun sözlərinə görə, ölkə başçısı Cənab İlham Əliyevin ötən ilin payızında Rusiya Federasiyasının Soçi şəhərində "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında dünya liderlərinin qarşısında Ermənistanın baş nazirinin "Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu qeyd edərək, "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” deməsi, bu məsələyə birdəfəlik diplomatik nöqtə qoyub. Əminəm ki, apardığımız uğurlu siyasət nəticəsində torpaqlarımızı gec-tez geri qaytaracağıq. Toplantıda cəsur vətəndaşlarımızı düşündürən problemlər və narahat edən məsələlər barədə maraqlandım. Keçmiş hərbçilərimizin indi də döyüşkən ruhda olması, seçkidə sonadək mübarizə aparacaqlarını demələri, bir gənc namizəd olaraq məni çox fərəhləndirdi və kövrəltdi. Sonra təqvimə uyğun olaraq, 24 saylı Nizami 1-ci seçki dairəsi üzrə daha Rüstəmov 66, 68, 70 saylı binaların sakinləri ilə ərazidəki meydançada bir araya gəldim.



 Burada da seçicilərimi arxayın dinlədim, onları maraqlandıran suallara cavab verdim və problemlərin həlli istiqamətində əl-ələ verib birgə çalışmağa səslədim. Daha sonra "Çernobıl Əlilləri" ittifaqi ictimai birliyinin ailə üzvlərini ziyarət etdik. Onları düşündürən bütün məsələlərin həllinin daim diqqətimdə olacağına söz verdim. Görüşlərimiz davamlıdır və seçki dairəmizin hər məntəqəsini əhatə edir.