Leriklilərin seçimi İqbal Məmmədovdur - SORĞU

"Gələn ay əhalinin etibar etdiyi adamları seçmələrini təmin etmək üçün erkən parlament seçkiləri keçirəcəyik.Seçkilərdən sonra parlament islahatların çox vacib bir hissəsi olacaq,” - Bu barədə Prezident İlham Əliyev Davos Forumu çərçivəsində "Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda bildirib:”2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticələri üzrə formalaşdırılacaq Azərbaycan parlamentinin yeni tərkibi ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların mühüm hissəsi olacaq”.– deyə İlham Əliyev vurğulayıb.

Bəzilərinəeləgəlirki, parlamentin yenidən formalaşdırılması deputat yerlərinə məhz elə yeni adamların seçilməsi deməkdir. Ona görə də əvvəlki çağırışda deputat seçilmiş şəxslərin yenidən namizəd olmasını birmənalı qarşılamayanlar da var. Təbii ki, bu,doğruyanaşma deyildir.Hüquq prizmasından baxanda vətəndaşların seçmək və seçilmək hüququ məhdudlaşdırıla bilməz. Bundan əlavə, millət vəkili olan şəxs əgər daim yeniliyə can atırsa, zamanın nəbzini tutur və dövrün tələblərinə uyğunlaşan təfəkkür sahibidirsə, niyə də növbəti müddətüçündeputatseçkilərində iştirak eləməsin?

Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik Dairə Seçki Komissiyasından namizədliyi irəli sürülmüş İqbal Məmmədovun həyat və fəaliyyət tarixçəsi ölkənin ictimai-siyasi həyatını izləyən hər bir yetkin Azərbaycan vətəndaşına məlumdur.Onun barəsində müfəssəl məlumatlar çox əlçatan mənbələrdədir. O üzdən dövlətimiz və xalqımız qarşısında göstərdiyi xidmətləri, elmimizin və təhsilimizin inkişafına verdiyi töhfələri, qazandığı nailiyyətləri, layiq görüldüyü yerli və beynəlxalq mükafatları, daşıdığı titulları sadalamağa ehtiyacduymuram.



İqbal Məmmədov təbliğat kompaniyası çərçivəsindəartıqrayonunbir neçəinzibati ərazi dairəsində seçicilərilə görüş keçirib.Görüşlərdə kənd ağsaqqalları, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclərlə ünsiyyətdə olan deputatlığa namizədin digər rəqiblərindən fərqli olaraq danışmağa sözü, seçicilərinin isə doğma hesab etdikləri soruşmağa sualları çoxdur. İqbal müəllim vətəndaşlarla ötən 5 il ərzində özünün deputatlıq fəaliyyəti və qarşıda duran məsələlər haqqında geniş fikir mübadiləsi aparır. Eyni zamanda təmsil etdiyi Yeni Azərbaycan Partiyasının "Daha güclü Azərbaycan naminə!” seçki devizi altında uğur qazanacağından və seçicilərin növbəti 5 ildə də uğurlu nailiyyətlərin şahidi olacaqlarından bəhs edib.



Lerikin sərt iqlim şəraitinə baxmayaraqİqbal Məmmədovun dəstək verdiyimiz təbliğat-təşviqat kompaniyası çərçivəsində 23 yanvar 2020-ci il tarixdə keçirdiyi görüşdə iştirak etmək üçün yola çıxdıq. Ucqar dağ kəndinə yaxınlaşdıqca yolboyu rastlaşdığımız, cənublulara xas istiqanlılıqla maşınlara əl eləyən bir neçə yerli sakini də avtomobilimizə götürdük. Səmimiyyətlərindən hiss olunurdu ki, sanki bu tədbiri böyük bir el şənliyi kimi qəbul edir, hamının, eləcə də kəndə gələn qonaqların da məhz bu cür qəbul etdiyini düşünürlər. Seçki mövzusunda danışmaqda da necə deyərlər, xəsislik etmədilər. Görüşünə can atdıqları namizədin barəsində çox yüksək fikirlər söylədilər:

- İqbal müəllim həmişə biz seçicilərin yanındadır. Ona hər zaman əlimiz çatır, nə vaxt istəsək, görüşə bilirik. Bu gün bizim növbəmizdir, ona həmişə yanında olduğumuzu deməyə gedirik...

- Sağ olsun, nə problemimiz olub, demişik, əlindən gələn köməkliyi eləyib, hətta bacardığından da artığın eləməyə çalışıb...

Qar yağmasına baxmayaraq, izdihamlı keçən görüşdə iştirak edən seçicilər İqbal Məmmədovla bir sıra yeri əhəmiyyətli məsələlər barədə danışdılar. Söhbət elə mıəcrada gedirdi ki, sanki heç kəs İqbal Məmmədovdan başqa namizədin deputat seçiləcəyini ağlına belə gətirmir. Səbəb odur ki, cənab İqbal Məmmədov millət vəkili kimi təmsil etdiyi dairədə həmişə gözəl təşəbbüslərlə çıxış edib, uğurla yekunlaşdırıb. Həmin təşəbbüslərdən yarımçıq olanların da məhz onun özünün davam etdirib başa çatdırmasını haqq etdiyi qənaətindədirlər.

Seçicilər Yeni Azərbaycan Partiyasını dəstəklədiklərini və partiyanın namizədinə yekdilliklə səs verəcəklərini bildirdilər.

Ədil Ədilzadə

Bakı -Lerik- Bakı