Malik Həsənov bu dəfə gənclərlə... - Foto

Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülən Malik Həsənovun Cəlilabad şəhərində seçicilərlə görüşləri davam etdirilir.

Sabahinfo.az-ın verdiyi xəbərə görə, 67 saylı Cəlilabad Şəhər Seçki Dairəsindən namizədliyi qeydə alınan M.Həsənov təbliğat-təşviqat kampaniyasının əvvəlində onlarla kəndə gedərək seçiciləri ilə görüşüb. Son günlər isə namizəd şəhər mərkəzində hissə-hissə sakinlərlə görüşür.



M.Həsənov öncə çıxış edərək seçicilərinə platforması haqda məlumat verib və növbəti dəfə deputat seçiləcəyi təqdirdə irəli sürəcəyi məsələləri açıqlayıb. Ardınca sakinlər, gənc seçicilər kürsüdə çıxış edərək platformaya münasibət bildiriblər və M.Həsənovun qaldırdığı məsələləri dəstəklədiklərini qeyd ediblər. Seçicilər bu dəfə də Malik Həsənova səs verəcəklərini, növbəti 5 ildə onu millət vəkili kimi görmək istədiklərini bildiriblər.


Qeyd edək ki, Malik Həsənov IV və V çağırış Milli Məclisin deputatı, Milli Məclisin Regional Məsələlər Komitəsinin və İntizam Komissiyasının üzvü olub.