Məşhur Məmmədov Masallı şəhərinin seçiciləri ilə görüşüb - FOTO

Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizədi Məşhur Məmmədov Masallı şəhərində seçicilərlə növbəti görüşünü keçirib.

Sabahinfo.az-ın məlumatına görə, görüşdə deputatlığa namizəd YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib, səsvermə günü seçiciləri fəal olmağa çağırıb.

Çıxış edən Masallı seçiciləri qarşıdan gələn seçkilərdə YAP-ın namizədlərinə səs verəcəklərini qeyd ediblər.