Milli Məclisin sədri vəzifəsinə seçilən Sahibə Qafarova M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini(ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib.
O, 1981-ci ildən bu günə qədərBakı Slavyan Universitetindəçalışır.
S.Qafarova 2004-cü ildən universitetdə Beynəlxalq əlaqələr üzrə prorektor kimi fəaliyyət göstərir.
Ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerikaədəbiyyatları üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir.
Filologiya sahəsi üzrə gender problemlərinin tədqiqi ilə məşğuldur.
S.Qafarova dördüncü, beşinci çağırış Milli Məclisin deputatı olub.