NAMİZƏD “SEÇİCİLƏRƏ YUXARIDAN BAXMAQDAN” İMTİNA ETDİ – - “Sonra adətə çevrilər” (FOTO, VİDEO)

Yeni Azərbaycan Partiyasının (YAP) 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizədi Sadiq Qurbanovun aktiv, bir o qədər də maraqlı təbliğat-təşviqat kampaniyası davam edir. Hakim partiyanın namizədi Şabran və Siyəzən rayonlarının hər bir yaşayış məntəqəsində seçicilərlə görüş keçirməyi qarşısına məqsəd qoyub.

Namizədin seçki qərargahından verilən məlumata görə,yanvarın 29-daSiyəzən rayon Mədəniyyət Mərkəzində S.Qurbanovun rayon ziyalıları ilə görüşü olub. Görüşdə səmimiyyət hökm sürüb, S.Qurbanovun yarı zarafatla"seçiciyə yuxarıdan baxmaq sonradan atətə çevrilər”deyə, tribunadan imtina edib zala enməsi isə alqışlarla qarşılanıb. Hakim partiyanın namizədi Siyəzən ziyalıları ilə birbaşa ünsiyyətdə öz planları barədə danışıb və onları səbrlə dinləyib.

S.Qurbanov elə həmin günŞabran rayonunun Gəndov, Ağalıq və Təzəkənd kəndlərininsakinləri ilə görüşüb

Günün ən maraqlı görüşlərindən biri isəSiyəzən rayonunun gəncləriilə baş tutub. Görüşçülər arasında müxtəlif sahələr üzrə dünya cempionatlarının mükafatçıları, bir neçə xarici dil bilən intellektuallar da olub.

S.Qurbanovun təbliğat-təşviqat kampaniyası davam edir.