Nəsib Məhəməliyev açıq qapı çərçivəsində qəbul keçirdi - FOTOLAR

Yeni Azərbaycan Partiyası tərəfindən 109 saylı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyev seçiciləri ilə növbəti görüşünü keçirib. 

Açıq qapı adı altında keçirilən görüşdə Balakən rayon sakinləri ilə yanaşı dairəni əhatə edən kənd sakinləri iştirak edib. Görüşdə iştirak edən seçicilər onları narahat edən məsələlər barəsində millət vəkilinə məlumat veriblər. N.Məhəməliyev də öz növbəsində qaldırılan məsələləri qanunların verdiyi imkanlar çərçivəsində həll olunacağını bildirib. 

 Onu da bildirək ki, deputatlığa namizədin görüşləri davam edir.