“Parlamentin Ziyad müəllim kimi insanlara ehtiyacı var” - Xanım seçicilərdən Ziyad Səmədzadəyə dəstək – FOTOLAR

Deputatlığa namizəd, akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin seçiciləri ilə görüşləri, seçki kampaniyası uğurlu şəkildə davam edir.

Sabahinfo.az xəbər verir ki, belə görüşlərdən biri də fevralın birində adıçəkilən Dairədən olan xanım seçicilərlə, tanınmış ziyalılar, iş adamları, Respublika Qadınlar Cəmiyyətinin bir qrup üzvü ilə baş tutub.

Görüş çox müsbət və səmimi-ab-havada keçib.


Öncə qısaca olaraq, tədbir iştirakçılarına Z. Səmədzadə haqqında məlumat verilib, onun Azərbaycanın tanınmış simalarından, ziyalılarından, elm xadimlərindən biri olduğu vurğulanıb, son 15 il ərzində adıçəkilən Dairəni uğurlu şəkildə parlamentdə təmsil etdiyi dilə gətirilib.

Sonra deputatlığa namizədin özü çıxış edərək, görüşünə gəldikləri üçün xanım seçicilərə, tədbir iştirakçılarına minnətdarlığını bildirib.


Qeyd edib ki, növbəti dəfə deputat seçiləcəyi təqdirdə, yenə də Azərbaycan xalqı və dövlətinin milli mənafeyi naminə fəaliyyətini davam etdirəcək, ölkə qanunvericiliyinin, xüsusilə, iqtisadi qanunvericiliyin təkmilləşdirilməsi prosesində biliyini,savadını, təcrübəsini əsirgəməyəcək.

O, sonra ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda, o cümlədən, Bakı şəhərində böyük işlərin görüldüyünü deyib.



Xüsusilə də, Bakı şəhərinin gözəlləşdirilməsi istiqamətində aparılan işlərin, atılan addımların müsbət və təqdirlə qarşılandığını bildirib.

"Bizim hazırda toplaşdığımız bu məkan, "Qış parkı” adlanan bu ərazi bir zamanlar çox bərbad durumda idi.Hələ başqa məqamları demirəm, buranın normal kanalizasiya sistemi belə yoxuydu. Ancaq ölkə Prezidentinin rəhbərliyi və tapşırığı ilə görülən işlər nəticəsində burada çox gözəl, çox müasir və gözoxşayan bir park salındı, Bakımızın gözəlliyinə növbəti gözəllik qatıldı.Bakımızda aparılan tikinti-asbadlıq, quruculuq işlərinin sayı-hesabı, ucu-bucağı yoxdur. Bununla belə, müəyyən məsələlər var ki, həllini tapmalıdır və inanıram ki, onlar da zaman-zaman öz yoluna qoyulacaq. Bu işdə də dövlətimə, müvafiq icra qurumlarına dəstək olmağa hazıram. Biz birlikdə bu işləri çox qısa zamanda həll edə bilərik. Eyni zamanda, parlamentə peşəkarlar, iqtisadçılar, hüquqşünaslar, politoloqlar və sair lazımdır. Parlament diletantların deyil, peşəkarların yeridir və mən də yenidən parlamentə seçilərəmsə, ölkədə həyata keçirilən işlərə, islahatlar prosesinə dəstək verən qanunların, xüsusilə, iqtisadi qanunların qəbulunda daha fəal rol oynamağa hazıram”.



Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova Z. Səmədzadəni hələ uzun illər öncədən, Mərkəzi Komitədə işlədikləri vaxtlardan tanıdığını, onun böyük alim və şəxsiyyət olduğunu bildirib:

"Mən Ziyad müəllimlə Mərkəzi Komitədə işlədiyimiz vaxtıardan tanışam. O, çox güclü alım, layiqli vətəndaş, əsl dövlət xadimidir. O vaxtlar Qarabağ hadisələri başlayanda Ziyad müəllimlə birgə bir tədbirə iştirak edirdik. Məhz Zyad müəllimin son dərəcədə yüksək vətənpərvərliyi, dövlətçilik təcrübəsi, bacarığı nəticəsində ermənilərin təxribatlarının qarşısını almaq mümkün oldu. Mən bunun canlı şahidiyəm. O, harada işləyibsə, harada çalışıbsa, dövləti, xalqı üçün çox böyük işlər görüb. Mən 100 ildən artıq tarixi və 75 min üzvü olan bir təşkilatın rəhbəriyəm. Hər zaman Ziyad müəllimin təşkilatımıza dəstəyini görmüşəm, hiss etmişəm. Nə xahiş etmişiksə, Ziyad müəllim dərhal kömək əlini bizə uzadıb. Ona görə biz Ziyad müəllimi bu Dairənin deputatı kimi görür və qəbul edirik. Bizim seçimimimz yalnız Ziyad müəllimdir”.


Azərbaycanın tanınmış xeyriyyəçilərindən, böyük şəxsiyyətlərindən olan Ağa Musa Nağıyevin nəvəsi, tarix elmləri namizədi Dilarə Nağıyeva "Biz Ziyad müəllimsiz parlamenti təsəvvür edə bilmərik”-deyə, qeyd edib.

Bildirib ki, 9 fevral seçkilərində onun seçimi yenə Z. Səmədzadə olacaq:


"Ziyad müəllimi illərdir tanıyıram. Bir-birimizə çox böyük hörmət və ehtiramımız var. O, hər birimizin sevimlisi, əzizidir”

Z. Səmədzadə də öz növbəsində Ağa Musa Nağıyevin Azərbaycan xalqının böyük oğlullarından, görkəmli şəxsiyyətlərindən, xeyriyyəçilərindən olduğunu bildirib:


"Hacı Zeynalabdin Tağıyev kimi, Ağa Musa Nağıyev də Azərbaycanda xeyriyyəçiliyin əsasını qoyanlardan, onunla birlikdə Azərbaycanımız, Bakımız üçün böyük və tarixi xidmətləri olan şəxsiyyətlərdəndir. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin yerləşdiyi tarixi bina, memarlıq incisi məhz Ağamusa Nağıyevin yadigarıdır. Belə bir insanla, şəxsiyyətlə ancaq fəxr etmək və qürur duymaq olar”.

Sahibkar Qadınlar Birliyinin sədri Zenfira Ağayeva çıxışında Z. Səmədzadə haqqında fikirlərini bölüşüb, onun yenidən millət vəkili seçilməyə layiq və haqqı olduğunu bildirib:



"Biz fəaliyyət göstərdiyimiz bu illər ərzində hər zaman Ziyad müəllimə müraciət etmişik və onun səmimi, isti münasibətini, diqqət və qayğısını görümüşük. O, hər bir müraciətimizə xüsusi həssaslıqla yanaşıb. Odur ki, növbəti seçkilərdə də Ziyad müəllimin qələbəsini arzulayır və onun parlamentdə təmsil olunmasını istəyirik”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) böyük elmi işçisi Fəridə-Nigar Vəliyeva ölkə parlamentinə məhz Z. Səmədzadə kimi insanların seçilməsinin vacib olduğunu bilddirib:

"Parlamentin Ziyad müəllim kimi insanlara ehtiyacı var. Xalqımızı məhz Ziyad müəllim kimi, bilikli, savadlı, təcrübəli, nüfuzlu insanlar təmsil etməlidir”.


Bakı şəhərindəki 1 saylı orta məktəbin kitabxana müdiri Zenfira Useynova digər çıxışçıların fikirləri ilə həmrəy və 9 fevral seçimlərinin Z. Səmədzadə olduğunu bildirib:

"2015-ci ildə dahi Üzeyirbəy Hacıbəylinin 130 illik yubleyi idi. Bizim də məktəb dahi şəxsiyyətin yubileyi ilə bağlı tədbirə hazırlaşırdı. Tədbirdə iştirak üçün dəvət edəcəyəmiz insanlar, ziyalılar arasında Ziyad müəllim də vardı. Amma düzünü desəm, bir az ehtiyat edirdik ki, adi bir məktəbin tədbirinə Ziyad müəllim kimi bir insanı dəvət etmək, çağırmaq bəlkə də düzgün olmaz. Bununla belə, şəxsən mən özüm Ziyad müəllimə zəng etdim və onu tədbirimizə çağırdım. Üzeyir bəylə bağlı tədbir keçirəcəyimiz eşidəndə Ziyad müəllim həddindən artıq çox sevindi və bizə buna görə təşəkkürlərini bildirdi. Tədbirimizə də qatıldı, çox gözəl də çıxış etdi, bizləri iştirakı, səmimi, sadə münasibəti ilə də çox sevindirdi. Bu, Ziyad müəllimin ziyalılığından, Azərbaycanın böyük şəxsiyyətlərinə ehtiramından, sadəliyindən, insanlığından irəli gəlir. Odur ki, biz növbəti seçkilərdə də Ziyad müəllimə səs verəcəyik, bizləri təmsil etməyə məhz Ziyad müəllim layiqdir”.



Digər tədbir iştirakçıları da Z. Səmədzadə haqqında yüksək fikirdə olduqlarını və ona uğurlar arzuladığılarını bildiriblər.